Ali Məhkəmədə təbii inhisar subyektlərinin rəhbərlikləri ilə görüş keçirilib - FOTO 

Ali Məhkəmədə təbii inhisar subyektlərinin rəhbərlikləri ilə görüş keçirilib - FOTO 

Hazırda oxunan: Ali Məhkəmədə təbii inhisar subyektlərinin rəhbərlikləri ilə görüş keçirilib - FOTO 

148438

Azərbaycan Respublikasının Ali Məhkəməsində təbii inhisar subyektləri - “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən aparılmış məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində Mülki Prosessual Məcəlləyə edilmiş köklü dəyişikliklər, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı fəaliyyəti barədə məlumat verilib. 

Təbii inhisar subyektləri olaraq “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin iştirak etdikləri kommersiya və mülki işlərdə rast gəlinən xarakterik problemlər müzakirə edilib, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. 
Tədbirdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO