Bu gün daha 16 laçınlı ailə doğma yurduna qovuşub - FOTO 

Bu gün daha 16 laçınlı ailə doğma yurduna qovuşub - FOTO 

Hazırda oxunan: Bu gün daha 16 laçınlı ailə doğma yurduna qovuşub - FOTO 

148437

Uzun illər yurdlarından ayrı düşən laçınlıların doğma elinə qayıdışı Laçını özünün əvvəlki günlərinə qaytarır. İyulun 28-də Laçına qayıdışın 9-cu köçü gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 16 ailəyə qucaq açıb və daha 56 laçınlı ata-baba yurduna qovuşub. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Otuz bir ildən sonra doğma yurdu Laçına qədəm qoyan ailələr şəhərdə böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər. 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. 

Bununla da Laçın şəhərində 168 ailə, yəni, 647 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO