Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Bizim.Media xəbər verir ki, Qərarda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad¬dəsinin II hissəsini və 32-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il avqust ayının 1-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılsın.
2. Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilsin:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2.2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2.3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2.4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;
2.5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;
2.6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
2.7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
2.8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;
2.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Qərardan irəli gələn məsələləri həll etsin".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:12 / 28.07.2023
Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
148426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.