SOCAR-a yeni təyin olunan vitse-prezidentlər KİMLƏRDİR? – DOSYE  

SOCAR-a yeni təyin olunan vitse-prezidentlər KİMLƏRDİR? – DOSYE  

Hazırda oxunan: SOCAR-a yeni təyin olunan vitse-prezidentlər KİMLƏRDİR? – DOSYE  

148408

Xəbər verildiyi kimi SOCAR-a yeni vitse-prezidentlər təyin edilib. 

Prezidentin sərəncamı ilə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar. 
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-a 7 yeni vitse-prezident təyin EDİLDİ - ADLAR 


SOCAR-ın yeni vitse-prezidentlərinin dosyelərini təqdim edirik: 

Arzu Cavadova 


Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisasını bitirib. 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.

1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb. 
1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan OYL Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib. 

2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən son təyinatına qədər geoloq vəzifəsində çalışıb. 

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub. Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir. 

İsmayıl Zərgərli  


İsmayıl Zərgərli OMNİ şirkətində partnyor kimi çalışıb. O, «Ledingham Chalmers» şirkətinin Baki ofisində hüquqşünas vəzifəsində, ondan əvvəl isə «Dr. Shirin O. Entezari & Associates» şirkətinin Baki ofisində calışıb.

İsmayıl Zərgərli Azərbaycanda əsas boru kəmərlərinin tikintisi layihələri və özəlləşdirmə məsələləri üzrə məsləhətlərin verilməsində də fəal iştirak edib.  

O, bir sıra məsələlərdə daşınmaz əmlakın alqı-satqısı və icarəsi, yaşayış, həmçinin kommersiya və sənaye məqsədləri üçün tikililər ilə bağlı bir çox hallarda məsləhət xidmətləri göstərib. O, beynəlxalq hüquq üzrə ali təhsilə malikdir və əmək qanunvericiliyinə, həmçinin Azərbaycanda və Gürcüstanda işgüzar fəaliyyətin aparılmasına dair elmi məqalələrin müəllifidir.  

Ziba Mustafayeva


Ziba Mustafayeva daha əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri vəzifəsində çalışıb. 

Babək Hüseynov  

Babək Hüseynov bu təyinata qədər SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb. O, bir müddət bp şirkətində də işləyib.

Əfqan İsayev

 

Əfqan İsayev 2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının qərarı ilə qurumun icraçı direktoru vəzifəsinə təyin olunub. O əvvəllər “Bank of Baku”nun idarə heyəti sədrinin müavini olub.

SOCAR-ın vitse-prezidenti təyin olunana qədər isə Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru kimi fəaliyyət göstərib.

Anar Məmmədov 


Digər vitse-prezident Anar Məmmədov bu vəzifədən əvvəl SOCAR-ın Yunanıstandakı törəmə şirkəti olan "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru vəzifəsində çalışıb. O, Anar Fərruh oğlu Məmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub.

İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 2015-ci ildə "Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı" mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib.
Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub.  

Fuad Musayev isə beynəlxalq maliyyəçidir. O, bir sıra yerli və xarici şirkətlərdə çalışıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO