Laçın rayonu və Ağalı kəndinə daha 45 ailə KÖÇÜRÜLƏCƏK - FOTO  

Laçın rayonu və Ağalı kəndinə daha 45 ailə KÖÇÜRÜLƏCƏK - FOTO  

Hazırda oxunan: Laçın rayonu və Ağalı kəndinə daha 45 ailə KÖÇÜRÜLƏCƏK - FOTO  

148383

Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə həftə ərzində Laçın rayonu və Ağalı kəndinə köçürüləcək daha 45 ailə ilə görüş keçirilib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, onlarla məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb. 

Görülən işlərin davamı olaraq artıq Laçına köçürülmüş sakinlərlə də görüşlər davam etdirilib. Agentlik tərəfindən Laçına köçürülmüş daha 14 ailə ilə görüş keçirilib, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyənləşdirilib. 
Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO