“Kapital Bank”ın mətbuat katibinə yüksək vəzifə VERİLDİ  

“Kapital Bank”ın mətbuat katibinə yüksək vəzifə VERİLDİ  

Hazırda oxunan: “Kapital Bank”ın mətbuat katibinə yüksək vəzifə VERİLDİ  

148354

“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinova yüksək vəzifə verilib.  

Bizim.Media xəbər verir ki, Pərviz Sədrəddinov sosial şəbəkə hesabında məlumat verib. 

Belə ki, o, bu gündən fəaliyyətini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində davam etdirəcək.  

“Hərbi təməl islahatlarının başlandığı və uğurla davam etdiyi bir dövrdə bu vəzifəyə təyinatım məsuliyyəti birə-beş artırır. Çalışacağam ki, Dövlət Xidmətinin rəhbərliyinin mənə göstərdiyi bu etimadı doğruldum. Hörmətli media nümayəndələri! Dövlət Xidməti ilə bağlı hər hansı bir sorğunuz olarsa mənə yönəldə bilərsiniz.
Əvvəlki illərdə olduğu kimi yenə Sizlərin dəstəyinə ümidvaram. Axı bu artıq hər hansı bir kommersiya qurumunun inkişafı demək deyil, qalib dövlətin təməli olan ordu quruculuğuna verilən dəstəkdir. Əminəm ki, bu strateji məsələdə birlikdə uğurlara imza atacağıq”, deyə Pərviz Sədrəddinov qeyd edib. 

Qeyd edək ki, Pərviz Sədrəddinov 2016-cı ildən Kapital Bankın mətbuat katibi postunda, ondan əvvəl isə “Expressbank"da  müvafiq vəzifədə çalışıb. 

Pərviz Sədrəddinov 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. 2011-2014-cü illərdə "DəmirBank"da Reklam və PR üzrə baş mütəxəssis kimi fəaliyyət göstərib.

Pərviz bəyi təbrik edir, iş həyatında uğur diləyirik.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO