Qadınlar arasında siqaret çəkənlərin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB 

Qadınlar arasında siqaret çəkənlərin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB 

Hazırda oxunan: Qadınlar arasında siqaret çəkənlərin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB 

148347

Son zamanlar qadınlar arasında siqaret çəkənlərin sayı durmadan artır. Qəribədir ki, qadınların bir çoxu siqareti əyləncə üçün deyil, arıqlamaq, forma saxlamaq üçün çəkir. Çünki, siqaretin tərkibindəki bəzi maddələr insan orqanizmindəki piyləri əridir, iştahsızlıq yaradır. Ona görə də bəzi qadınlar artıq çəkidən qurtulmaq üçün siqaret çəkir. 

Lakin, istədikləri çəkiyə sahib olduqdan sonra qadınlar asanlıqla öz sevimli vərdişlərindən əl çəkə bilmirlər. Bunun da iki səbəbi var. Beləki, bəzi qadınlar qorxurlar ki, siqareti atsalar yenə də artıq çəki alacaqlar. Digər qadınlarda isə sadəcə siqaretdən asılılıq yaranır.

Terapevt Nəzrin Namazova Bizim.Media-ya müsahibəsində bildirib ki, ilk növbədə insanların siqaret istifadəsi zamanı niyə çəki itirdiklərini araşdırmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır – XƏBƏRDARLIQ


“Əslində bu insanların çox qorxduqları, sanki doğru bilinən yalnışlardan biri kimi qəbul edilib ki, mən siqareti buraxsam çəki alacam.

Amma onlar ilk növbədə siqaret istifadəsi zamanı niyə çəki itirdiklərini bilməlidirlər. İlk növbədə biz buna baxmalıyıq. Nikotin insan orqanizmində metabalizmanı sürətləndirir və biz çəki itirilməsiylə qarşılaşırıq. Eyni zamanda nikotin iştahı azaldır. Bu da çəkinin itirilməsinə gətirib çıxara bilir. İnsanlar siqaret istifadəsini dayandırdıqda çəki alınmağa başlayırlar. Çünki dad bilmə orqanları fəaliyyətə başlayır, iştah yenidən aktiv olur və dolayı yolla kökəlmə yaşanır.”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO