Sumqayıtda “Xaş-Xaş

Sumqayıtda “Xaş-Xaş" əməliyyatı: 62 nəfər TUTULDU - FOTO 

Hazırda oxunan: Sumqayıtda “Xaş-Xaş" əməliyyatı: 62 nəfər TUTULDU - FOTO 

148319

Sumqayıt şəhərində narkotik vasitələrin satışını təşkil edən və çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər zamanı əvvəllər məhkum olunmuş Rəvail Məmmədov, tanışı Fuad İsmaylov, Ramin İbrahimov, Xaliq Məmmədzadə, Corat qəsəbəsində narkotiklərin satışını təşkil edən Ceyhun Məmmədov və həyat yoldaşı Könül Babayeva saxlanılıblar.

Bu şəxslər ümumilikdə 16 kiloqram narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. 

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasini ilə məşğul olan Corat qəsəbəsi sakinləri Kamal Əliyev və Azad Mansurov da saxlanılıb. Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunub. 

İdarə əməkdaşlarının son 25 gündə həyata keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 62 nəfər saxlanılıb. Həmçinin, Sumqayıt şəhərində “Xaş-Xaş 2023” şərti adı altında keçirilən əməliyyatlarla yaş kütləsi 78 kiloqram olan 257 ədəd kultivasiya olunmuş çətənə kolu aşkar olunaraq götürülüb. 
Qeyd edək ki, cari ilin əvvəlindən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO