İctimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlanıb.
Bizim.Media xəbər verir ki, cari ilin 01 fevral – 14 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 26662 monitorinq həyata keçirilib və 1307 nöqsan aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakının məşhur restoranları cərimələndi - SİYAHI
Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (28), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5) aşkar edilmişdir.
Ən çox aşkar olunmuş nöqsanlar:
- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 1110 (84 %);
- İctimai iaşə müəssisələrində müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması – 138 (10%);
Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 59336 monitorinq həyata keçirilmiş və 3408 nöqsan aşkar edilmişdir.
Bizim.Media