İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 

İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 

148263

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə bir ilə qədər iş stajı olmalıdır. 

Bildirilib ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub. 
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və s.) və əmək kitabçasının surətlərini [email protected] ünvanına göndərə bilərlər. Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək. 

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək. 

Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO