Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ 

148244

Bakıda və Abşeron yarımadasında iyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq. 

Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 
Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO