Bazara saxta bitki yağları DAXİL OLUB? – FOTOFAKT 

Bazara saxta bitki yağları DAXİL OLUB? – FOTOFAKT 

Hazırda oxunan: Bazara saxta bitki yağları DAXİL OLUB? – FOTOFAKT 

148243

Marketlərdə saxta bitki yağının satışının həyata keçirildiyi iddia olunur. Bununla bağlı məsələ sosial şəbəkələrrdə ictimailəşib. Söhbət Kırlanğıc qarğıdalı yağlarından gedir. Mütəmadi olaraq bu yağdan istifadə etdiklərini bildirən jurnalist Ülviyyə Quliyeva sözügedən yağların yeni partiyasının həcmində və dadında hissolunacaq dərəcədə fərq olduğunu bildirib. 

Onun sözlərinə görə həmin yağların yeni partiyası olan qablaşdırmanın üzərində etiket vurulub. Hansı ki, bundan əvvəlki yağlarda etiket olmayıb.

Üstəlik həcmi azalıb və dadı isə yeməklərdə acılıq verir. Yəni mütəmadi aldıqları yağın keyfiyyətindən xeyli seçilir. 


Bu baxımdan şikayətçi insanların aldadıldığını və saxta yağların rahatlıqla bazara daxil olduğundan narahatlığını ifadə edib.

Məsələnin isə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və tədbir görülməsini tələb edib. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi İlkin Kərimov Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını və araşdırma aparandan sonra məlumat verəcəklərini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

XƏRÇƏNG xəstəliyi yaradan ən təhlükəli 7 yağ növü – AQTA məlumatları niyə gizlədir?


Qeyd edək ki, AQTA tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) eləcə də kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə qurumun müvafiq laboratoriyalarına təqdim edilib. 

Agentlikdən bildirilib ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb.


Həmçinin Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri də aparılır.

Ümumilikdə 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.

Ümid edirik, AQTA planlı yoxlamalarına ölkə bazarlarında satışı həyata keçirilən bitki yağlarını da daxil edəcək. Son vaxtlar bu yağların keyfiyyəti ilə bağlı da narazılıqlar böyüyür.


Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO