Qadın qətllərini niyə daha çox dinə bağlı olanlar TÖRƏDİR? – İlahiyyatçıdan maraqlı CAVAB

Qadın qətllərini niyə daha çox dinə bağlı olanlar TÖRƏDİR? – İlahiyyatçıdan maraqlı CAVAB

Hazırda oxunan: Qadın qətllərini niyə daha çox dinə bağlı olanlar TÖRƏDİR? – İlahiyyatçıdan maraqlı CAVAB

148193

Azərbaycanda qısqanclıq zəminində baş verən qadın qətllərində dini amillərin rolu danılmazdır. Müşahidələr göstərir ki, qadın qətllərinin çoxunu dindar və ya dini bağlılığı olanlar törədir. Bu da onunla izah olunur ki, dinimizdə qadının məsuliyyəti kişinin üzərinə qoyulur. 

Namus, qeyrət dəyərlərinə kəskin münasibət İslam ölkələrində daha qabarıq olsa da, türk xalqlarında da bu cür vəhşi davranış artıb desək yanılmarıq. Vəziyyət o yerə çatır ki, hətta dəyərlər sistemindən kənara çıxan münasibətlər qətllə nəticələnir... 

Bəhs etdiyimiz mövzuya ötən ay 8 aylıq körpəsi ilə birgə həyat yoldaşını öldürən “dindar” Fərid Hüseynlini nümunə gətirmək istəyirik. Qətlin təfərrüatlarında qayınata sanki oğlunun bu əməlinə haqq qazandıraraq, yetişdirdiyi məxluqun dindar olduğunu və hər gün Allaha sitayiş edərək namaz qıldığını gözə “soxmağ”a çalışır. Halbuki, həyata yenicə göz açıb, yaşamağa həvəslənən, heç nə dərk etməyən köməksiz zavallı körpədən bir kəlmə olsun söhbət açmır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 6 ay ərzində qadın qətlləri ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA – ARAŞDIRMA 


Sadəcə oğlunu müdafiə edərək, namaz qılırsa, demək ki, oxuduğu “dini” kitablar ona “cana qıymaq məqbuldur” deyə fikrini ata-bala aşılamağa çalışırlar.  

“Qurani-Kərim” çox açıq bir şəkildə başqasını öldürməyi qadağan edər. “Haqq bir səbəb olmadıqca, Allahın haram etdiyi canı öldürməyin" (İsra Surəsi, 32) buyurar. Ayədə keçən "haqq bir səbəb" isə döyüş halı və nəfsi müdafiədir. Bir başqa ayədə isə belə deyilir:

"Kim bir canı, qisas olmadan və ya dünyada bir fəsadı olmadan öldürsə, sanki bütün insanları öldürmüş kimidir. Kim də birinin həyatına vəsilə olsa, sanki bütün insanları həyatlandırmış kimidir." (Maidə Surəsi, 32)

Günahsız bir insanın qəsdən öldürülməsi, qisası yəni qatilin də öldürülməsini tələb edir. 

20 yaşlı həyat yoldaşını və 8 aylıq körpəsini öldürən Fərid kimilər maraqlıdır hansı təriqəti özlərinə hakim seçiblər? Görünür, başlarını gündə 5 dəfə səcdəyə aparan bu kəslər Allahın müqəddəs olaraq buyurduğu “Qurani-Kərim”dən tam xəbərsizdirlər. Əks təqdirdə dinə aid olmayan bu vəhşiliyi nəinki törətmək, heç ağıllarına belə gətirməzdilər.

Onu da deyim ki, Fərid zehniyyətdə olanlar cəmiyyətimizdə çox saydadır və təssüf ki, artmaqda davam edir...

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə qadın qətllərinin çoxunun dindar və ya dinə bağlı olanlar tərəfindən törədilməsi fikri yalnışdır:

“Əlbəttə ki, qadın qətlləri ölkəmizdə və dünyada hər keçən gün qulaqlarımız eşidən bir məsələyə çevrilib. Amma bunu dinlə, Quranla, İslamla əlaqələndirmək çox böyük bir xətadır. Bir müsəlman olaraq öncə deyilənlərə yox, Allahın kitabına baxmaq məcburiyyətindəyik.

Rəbbimizin kitabında Allah qadına və kişiyə bu şəkildə baxır. Deyir, onlar sizin libasınızdır, siz onların libasısınız. 

“Qurani-Kərim”də rəbbimiz qadınlarla bağlı Nisa surəsi endirib. “Qurani-Kərim”də qadınlarla bərabər kişilər də çiyin-çiyinə ibadət və hitayətdə allahın qulları olaraq göstərilir. Eyni zamanda dinimizdə heç bir yerdə belə bir hökm yoxdur ki, o günahı qadın edə bilər, onu kişi edə bilməz.

Günah qadın üçün də kişi üçün də eynidir. Məsələni namusa gətirdiyimizdə, o kişi və qadın üçün də eynidir. Bunu altını cızaraq söyləyirəm. 

Qadın qətllərinin çoxunun dindar və ya dinə bağlı olanlar tərəfindən törədilməsi fikri yalnışdır. Söhbət din adamından gedirsə, şəxs bu məsələdə daha mühafizəkar rol oynayır. Evdə xanımına bir əmanət gözü ilə baxır və ona daha şəfqətli, mərhəmətli nəzərlə yanaşmağa çalışır. Əgər xanımı inanclıdırsa, namaz qılmırsa, ibadətdə deyilsə, o xanımı yenidən qazanmağı bir insan qazanmaq kimi görür. Dinimiz bunu bu şəkildə öyrədib”. 

İlahiyyatçı qeyd edib ki, Peyğəmbərimiz belə həyatı boyu bir dəfə olsun xanımına əl və səsinin tonunu qaldırmayıb:

“Bu, bizim üçün örnək və nümunədir. Bütün imamlarımız və böyüklərimizə baxsaq görərik ki, İslam dinində qadın evinin kraliçası – bu qədər əzəmətli bir yerə sahibdir. Ona görə də məsələyə bu istiqamətdə yanaşırıq ki, bəli İslam dinində insana verilən dəyər var.
Bir insanı öldürmək insanlığı öldürməkdir. Bir insanı qurtarmaq, insanlığı qurtarmaqdır. Bizim üçün bir xanım toplumun yarısı, digər yarısını da tərbiyə edən varlıqdır. İslam dini şəfqət və sülh dinidir. Ümid edirik ki, ona inanan insanlar da doğru İslamı yaşamağa çalışırlar”.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO