Zaqatalada 5 yaşlı uşağı maşın VURDU 

Zaqatalada 5 yaşlı uşağı maşın VURDU 

Hazırda oxunan: Zaqatalada 5 yaşlı uşağı maşın VURDU 

148184

Zaqatalada velosipedlə keçən 5 yaşlı uşağı maşın vuraraq xəsarət yetirib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisindəki avtomobil yuma sexlərindən birinin qarşısında baş verib. 

Belə ki, maşın sexdə yuyulub qurtardıqdan sonra arxaya hərəkət edərkən ərazidə velosiped sürən 5 yaşlı Sərxan Bayramovu vurub. Uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azyaşlıya xəstəxanada lazımi tibbi yardım göstərilib. Daha sonra onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Baş verən hadisənin təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO