Bakıda daha bir su emalı müəssisəsində nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Bakıda daha bir su emalı müəssisəsində nöqsanlar AŞKARLANDI 

148176

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, M. Şərifli küçəsi, ev 1B ünvanında fəaliyyət göstərən fiziki şəxs Fətəliyev Samir Həzi oğluna məxsus “Suel” əmtəə nişanlı içməli suyun emalı və qablaşdırılması müəssisəsində plandankənar yoxlama aparılıb. 

Agentlikdən Bizim.Media-ya verilən məlumta görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. 

Belə ki, müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən sular) filtrdən keçirilərək qablaşdırıldığı aşkarlanıb.

Həmçinin, müəssisədə təkrar istifadə üçün nəzərdə tutulan qablaşdırma materialarının yuyulub-təmizlənməsinin, suyun qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi, qablaşdırma materiallarının saxlanması üçün müvafiq sahənin ayrılmadığı, emal olunmuş məhsullara dair etiket məlumatlarının dolğun qeyd olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. 

Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb. 

Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO