Cəbrayılın Horovlu kəndində fərdi evlərin tikintisinə BAŞLANILIR 

Cəbrayılın Horovlu kəndində fərdi evlərin tikintisinə BAŞLANILIR 

Hazırda oxunan: Cəbrayılın Horovlu kəndində fərdi evlərin tikintisinə BAŞLANILIR 

148163

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib. 

Bizim.Media xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır. 

İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində ("Ağ şəhər") ofisinə təqdim edə bilərlər. 
Təkliflərə sentyabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. 

Xatırladaq ki, Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO