Lənkəranda icra başçısının qardaşının ölümünə dair TƏFƏRRÜATLAR - FOTO/VİDEO 

Lənkəranda icra başçısının qardaşının ölümünə dair TƏFƏRRÜATLAR - FOTO/VİDEO 

Hazırda oxunan: Lənkəranda icra başçısının qardaşının ölümünə dair TƏFƏRRÜATLAR - FOTO/VİDEO 

148130

Kürdəmirdə bədbəx hadisə baş verib. Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla eytiyyatsız davranaraq özünə atəş açıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb. 

Kənd sakini 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə üzunə məxsus ov tüfəngini təmizləyərkən ehtiyyatsızlıq edib və silah onun əlində açılıb.

Silahdan açılan atəş nəticəsində Azər Qaraşov qarın nahisəindən ağır xəsarət alıb və elə hadisə yerindəcə dünyasını dəyişib. 

Bundan sonra hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. 

Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı.  

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.  

 


 










Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO