Azərbaycanda məhkəmə sədri və hakim təqaüdə göndərilib

Azərbaycanda məhkəmə sədri və hakim təqaüdə göndərilib

Hazırda oxunan: Azərbaycanda məhkəmə sədri və hakim təqaüdə göndərilib

148112

Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə yola salınması münasibətilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib. 

Könül Məmmədov və Şövkət Nəcəfova öz növbəsində onlara və bütövlükdə hakim korpusuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. 

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası adından fəxri fərmanla təltif ediliblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO