50 gün vaxt, 1,6 milyon FORMA EHTİYACI – Şagirdlər sentyabrda çətinliklə ÜZLƏŞƏCƏK?

50 gün vaxt, 1,6 milyon FORMA EHTİYACI – Şagirdlər sentyabrda çətinliklə ÜZLƏŞƏCƏK?

Hazırda oxunan: 50 gün vaxt, 1,6 milyon FORMA EHTİYACI – Şagirdlər sentyabrda çətinliklə ÜZLƏŞƏCƏK?

148078

Yeni tədris ilindən ölkəmizin bütün məktəblərində vahid forma tətbiq ediləcək. Bununla bağlı “Təhsil haqqında” qanuna əsasən Nazirlər Kabineti məktəbli formaların nümunələrini də təsdiq edib. Elm və Təhsil Nazirliyi də buna müvafiq olaraq bütün məktəblərdə sentyabrın 15-dən vahid formanın olmasını zəruri sayıb. 

Bəs, Nazirliyin bu niyyəti baş tutacaqmı?

Məlum olduğu kimi ölkəmizdə 1.6 milyona yaxın şagird var. Bu qədər şagirdin qısa zamanda vahid forma ilə təmin edilməsi təbii ki, o qədər də real görünmür. Çünki, ölkəmizdə 1.6 milyon ədəd vahid məktəbli forması istehsal edəcək tikiş müəssisələri yoxdur. Ona görə də gözlənilən problem qabaqcadan öyrənmək və müvafiq qurumların diqqətinə çatdırmaq üçün ölkəmizin ən iri məktəbli forması istehsalçısı olan “Bakı Tikiş Evi” ASC  ilə əlaqə saxladıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə məktəbli formalarından İSTİFADƏ OLUNMAYACAQ – Nazirlikdən TAPŞIRIQ  


Cəmiyyətin şöbə müdiri Etibar Əzimov Bizim.Media-ya açıqlamasında bildirib ki, keçən il də sözügedən məsələdə xeyli çətinlik olub:

“Qərar gec verildi. Ona görə də biz xam malı lazım olan qədər alıb gətirə bilmədik. Bilirsiniz ki, məktəbli forması üçün lazım olan yun və pambıq parçaları ölkəmizdə istehsal olunmur. Bu səbəbdən ötən il istehsalımız bir qədər az oldu. Digər tikiş fabrikləri də bu işdə ötən il passiv oldu. Təkcə bizim fabrikdə istehsal oldu. 

Amma bu il vəziyyət yaxşıdır. İlin əvvəlindən zəruri xam mal ehtiyatı görmüşük. Və kifayət qədər də məktəbli forması istehsal etmişik. Bundan başqa təkcə Bakı şəhərində 10 mağaza açmışıq. Regionlarda da dünən 3 maqazin açmışıq. Yaxın vaxtlarda isə digər bölgələrdə daha bir neçə mağaza açmağı planlaşdırırıq”.

Şöbə müdiri vəziyyətlə bağlı optimist danışıb:

“Bizim hədəfimiz 300 min məktəbli forması hazırlamaqdır. Bəlkə də ondan da çox olacaq. Bizdən başqa digər istehsalçılar da məktəbli formasının hazırlanması ilə məşğuldur. Məndə olan məlumata görə “Gilan tekstil”, “Alyans tekstil” və digər şirkətlər də kifayət qədər məktəbli forması istehsal edib”.

Etibar Əzimov başqa bir məsələ ilə bağlı narahatlığını da dilə gətirdi: 

“Təəssüf ki, hazırda mağazalarımızda çox da yaxşı satış getmir. Bu da onunla əlaqədardır ki, hamı avqustun axırını gözləyir. Dərs açılmağa 5-10 gün qalmış hamı üz tutur mağazalara. Belə olanda da arzuolunmaz vəziyyət yaranır. Hamı sıxlıqdan gileylənir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO