Məhərrəm ayında toy edənlər bədbəxt olur? – Hacı Surxayın fikirlərinə ilahiyyatçılardan SƏRT REAKSİYA

Məhərrəm ayında toy edənlər bədbəxt olur? – Hacı Surxayın fikirlərinə ilahiyyatçılardan SƏRT REAKSİYA

Hazırda oxunan: Məhərrəm ayında toy edənlər bədbəxt olur? – Hacı Surxayın fikirlərinə ilahiyyatçılardan SƏRT REAKSİYA

148015

İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın Məhərrəmlik ayı ilə bağlı söylədikləri sosial şəbəkələrdə ciddi narazılığa və narahatçılığ səbəb olub. Hacı Surxay  Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb:

“Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan bildirib ki, QMİ təmsilçisindən bundan artığını gözləmək ağılsızlıq olardı:
 

MÖVZU İLƏ BAĞLI:

"Məhərrəmlikdə toy edənlərin 99 faizinin uşaqları xəstə doğulacaq" - Hacı Surxay


“Bu cür fikirlər səsləndirmək Hacı Surxay üçün adi haldır. Baxmayaraq ki, belə məsuliyyətsiz çıxışı ilə QMİ təmsilçisi təkcə təmsil etdiyi quruma qarşı nifrət yaratmır, həm də islam dinini hörmətdən salır, imam Hüseyni, əhli-beyti təhqir edir. Bunu tam səmimiyyətimlə deyirəm. 

Çox təəssüf ki, hazırda cəmiyyətimizdə Hacı Surxay kimi savadsız və məsuliyyətsiz fikir səsləndirən kifayət qədər “din xadimləri” var. Bu cür cəfəng fikirlər səsləndirənlər molla-fars rejiminin təsiri altındadır. Bunlar hamısı vaxtilə Ərdəbildə “təhsil alıblar”. İranda təhsil alan belələri xalqa islam həqiqətlərini yox, xurafatı təşviq edirlər. Belə fikirlər sadəcə islamı gözdən salmaq üçün səsləndirilir”.

İlahiyyatçı bildirib ki, Məhərrəmlikdə toy etmək olar:

“Üstəlik, Məhərrəmlik və Aşura günü ölkəmizin bütün bölgələrində qeyd edilmir. Aşura günü islam dininin vacib günlərindən biri deyil. Heç islamın şərtlərinə də daxil deyil. Məhərrəm islam təqviminin ilk ayıdır. Və çox da uğurlu aydır. Bu ayda daha çox savab iş görmək lazımdır. Oruc tutmaq da pis olmaz. 

Yada salaq ki, Məhəmməd peyğəmbər bir qayda olaraq Məhərrəm ayında oruc tutarmış. Yəhudilər də bu ayda oruc tuturlar. Aşura günü həm də Musa peyğəmbərin yəhudiləri fironun zülmündən azad etdiyi gündür”.

Digər ilahiyyatçı Elşad Miri isə bildirib ki, sözügedən məsələni bu formada qəbul etməyin özü bir xəstəlik, cəhalətdir:

“Bu gün xoşbəxt olmaq anlayışı hər hansı bir günlə, ayla, ilə, yəni hər hansı vaxtla olacaq bir anlayışdır? Bu fikirdə olmaq dar düşüncənin ən bariz təzahürüdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO