Azərbaycanın müdafiə naziri “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib - FOTO 

Azərbaycanın müdafiə naziri “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib - FOTO 

Hazırda oxunan: Azərbaycanın müdafiə naziri “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib - FOTO 

147949

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. 
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb. 

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO