İsmayıllıdakı yanğının səbəbi BİLİNDİ  

İsmayıllıdakı yanğının səbəbi BİLİNDİ  

Hazırda oxunan: İsmayıllıdakı yanğının səbəbi BİLİNDİ  

147898

İsmayıllı rayonunda baş verən yanğının səbəbi məlum olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün saat 12:00 radələrində başlayan və 13:30 radələrində söndürülən yanğına evlərdən birinin zirzəmisində olan qaz balonunun partlaması səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllıda bazarda baş verən yanğın söndürüldü – YENİLƏNİB - FOTO/VİDEO


Rayon sakini, 1962-ci il təvəllüdlü Əkbərov Eldəniz Ağaməşədi oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev tamamilə yanıb, 1987-ci il təvəllüdlü Əkbərov Aqşin Elburus oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar, eləcə də evə bitişik 30 kvadratmetr olan mağaza, 80 kvadratmetr olan anbar və içərisindəki məişət əşyaları və elektrik avadanlıqları, qonşuluqdakı bir mağazanın tavanı yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, yanğının tam məhdudlaşdırılması işləri görülür.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO