Sertifikasiyanın üç ildən bir keçirilməsi müəllimlər üçün hansı İMKANI YARADACAQ?

Sertifikasiyanın üç ildən bir keçirilməsi müəllimlər üçün hansı İMKANI YARADACAQ?

Hazırda oxunan: Sertifikasiyanın üç ildən bir keçirilməsi müəllimlər üçün hansı İMKANI YARADACAQ?

147886

“Müəllimlərin sertifikasiyasının 5 ildən 3 ilə endirilməsini zəruri edən səbəb ondan ibarətdir ki,əvvəllər işə qəbul olan müəllimlər yalnız 5 ildən sonra sertifikasiyaya qoşula bilirdilər. Bu da o demək idi ki, onların əmək haqqı yalnız 5 ildən sonra arta bilərdi. Bu da yaxşı hal deyil. Niyə bir müəllim əmək haqqının artımı üçün 5 il gözləməlidir?”

Bunu Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Təhsil haqqında” qanuna edilmiş dəyişiklikləri Bizim.Media-ya şərh edən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sertifikasiyada 50 baldan az toplamış müəllimlərin də maaşları artırıla bilər” – Deputat 


O bildirib ki, sertifikasiya prosesi başlayanda elm və təhsil naziri bildirmişdi ki, MİQ imtahanı sertifikasiyaya bərabər tutulacaq:

“Lakin, bu baş vermədi. Baxmayaraq ki, hər iki imtahan eyni mahiyyət daşıyır. Və mən düşünürəm ki, deyilən qayda tətbiq edilə bilərdi. Axı, nəyə görə müəllim əmək haqqının 10 və yaxud 35 faiz artırılması üçün 5 il gözləməlidir?! Bu yanlış yanaşma idi. 

Bir vacib məqamı da deyim ki, bundan belə MİQ vasitəsi ilə işə qəbul olunanlar sertifikasiyaya 3 ildən sonra qoşula biləcəklər. Sertifikasiyadan müvəffəqiyyətlə keçmiş  müəllimlər üçün müddət yenə 5 il olaraq qalır. 

Sertifikasiyanı 3 dəfə uğurla keçmiş müəllimlərsə bir daha sertifikasiyaya cəlb olunmayacaqlar. Təkrarən bildirirəm ki, ilk dəfə işə qəbul olunanlar 3 ildən sonra, ilk sertifikasiyanı uğurla keçənlərsə növbəti dəfə 5 ildən sonra sertifikasiyadan keçəcəklər. Və ilk sertifikasiyadan sonra növbəti 5 ildə müəllimlər maaşlarına artımları alacaqlar”.

Kamran Əsədov onu da qeyd edib ki, Azərbaycanın təhsil sistemində sertifikasiya prosesi 2022-ci ildə başlayıb:

““Təhsil haqqında” qanuna edilən dəyişiklikdən sonra sertifikasiya prosesinə başlanılıb. Bu prosesin də mahiyyəti ondan ibarətdir ki, orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və onların peşə fəaliyyətinə yararlığını müəyyən edilsin. 

Ötən il başlanılan sertifikasiyada 4 bölgədən 11 min müəllim iştirak etmişdi ki, onların da 2 min 800-ü uğurlu nəticə əldə etmişdi. 2023-cü ildə isə digər bölgələrdə sertifikasiya prosesi keçirildi.

Lakin nəticələr heç də ürəkaçan olmadı. 35 faizə yaxın müəllimin nəticələri çox aşağıdır. Hətta 223 müəllim 0-9 arası bal toplayıb. Etiraf edək ki, bu proses çox zəruridir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO