Bərdə-Yevlax dəmiryolunda avtomobil qatarla TOQQUŞDU: Yaralananlar var    

Bərdə-Yevlax dəmiryolunda avtomobil qatarla TOQQUŞDU: Yaralananlar var    

Hazırda oxunan: Bərdə-Yevlax dəmiryolunda avtomobil qatarla TOQQUŞDU: Yaralananlar var    

147834

25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. 

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. 
"ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq", - QSC-dən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO