Zaqatalada itkin düşən turistlərlə bağlı YENİ MƏLUMAT – ÖZƏL/FOTO 

Zaqatalada itkin düşən turistlərlə bağlı YENİ MƏLUMAT – ÖZƏL/FOTO 

Hazırda oxunan: Zaqatalada itkin düşən turistlərlə bağlı YENİ MƏLUMAT – ÖZƏL/FOTO 

147757

Ötən gün Zaqatalaya gələn iki nəfər Bakı sakini Qəbizdərə kəndi ərazisində istirahət edəndən sonra yüksək dağlıq ərazidə yerləşən şəlalə istiqamətində hərəkət ediblər. Bir neçə saat sonra onlarla əlaqə kəsilib. Hazırda onların axtarışı davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, turistlərin itkin düşməsi barədə onların yaxınları Fövqaladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat qrupu yaradılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalaya istirahətə gedən turistlər İTKİN DÜŞDÜ  


Qəbzdərə kəndinin bu ərazisindən Zaqatala Dövlət Təbiət qoruğuna giriş başlayır. Arxamızdakı bu xəritədən də aydın olur ki, turistlər səfərə buradan başlayıblar və Katex çayın məcrası boyu hərəkət ediblər.

Dağ bələdçisi İftixar Soltanov ehtimalına görə onlar meşə gözətçisinə görünməmək üçün çay məcrası boyu deyil, meşələrdən, dağlardan istifadə etdiyindən istiqaməti itiriblər.   

Bu dağ və meşələrdə bələdçisiz gəzmək həyatı riskə atmaq deməkdir. Dağ bələdçisi İftixar Soltanov artıq bir neçə ildir bu sahədə fəaliyyət göstərir. Zaqatalanın əksər dağ və meşələrini addım-addım gəzdiyini və hər çığır, hər dərənin istiqamətini bilir. Ötən il Zaqatalada dağ yanğınları zamanı məhz onun bələdçiliyi vasitəsi ilə yerli sakinlər hadisə yerinə tez çatıb, yanğınların qarşısının alınması üçün tədbirlər görülüb.   

“Onlar Qəbizdərə istiqamətində, şəlaləyə doğru yola düşüblər. Təqribi məsafə olaraq 5-6 km-lik yoldur. Onlar bir müddət çay yatağı ilə gediblər və sonradan meşəbəyilərə görünməmək üçün çığırlara keçid ediblər. Və elə həmin andanca azıblar” deyən dağ bələdçisi İftixar Soltanov bildirir ki,  Zaqatalada eləcə də digər rayonlarımızda dağ bələdçiləri mövcuddur. 

Gələn turistlərə onu deyə bilərik ki, yerli, dağ bələdçilərinə müraciət etsinlər. Onlar sizə yolu tam rahat şəkildə aparacaq həm də ki, getdiyiniz məkan haqda ətraflı məlumat verəcəklər. 

FHN və DİN hadisə yerində

Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstəsi də artıq itkin düşən turistlərin tapılması istiqamətində səfərbər olunub.  

FHN -ni əməkdaşı Ramin Hacıyev “FHN-in qaynar xəttinə daxil olan məlumata əsasən Zaqatalanın Qəbizdərə kəndində turistlərin yolunu azaraq itkin düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumata əsasən Şimal-Qərb regional mərkəzin qüvvələri turistlərin axtarışı-xilasetmə əməliyyatına başlayıb. Aidiyyatı qurumlar məlumatlandırılıb. Hazırda əməliyyat davam etdirilir və nəzarətimiz altındadır” - deyə bildirib. 

DİN-in Şəki Regional Mətbuat xidmətinin rəhbəri Mahir Mənsimov  24 və 27 yaşlı sakinlərin axtarılması üçün polis əməkdaşlarının yerli bələdçilərlə birlikdə dağ və meşəlik ərazidə axtarış apardığını diqqətə çatdırıb. 

Mahir Mənsimov “Fövqəladə Hallar nazirliyinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin, eləcə də polis əməkdaşlarının iştirakı və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə həmin şəxslərin axtarışlarına başlanılıb. Onların yerinin müəyyən edilməsi və qısa zaman ərzində sağ-salamat tapılması istiqamətində hazırda zəruri axtarış tədbirləri həyata keçirilir” deyə fikirini tamamlayıb.
Əməliyyat şəraitinə uyğun tədbirlər davam etdirlir. 

Qeyd edək ki, ötən il Hindistan vətəndaşı olan bir şəxs də heç bir bələdçinin xidmətindən istifadə etmədən təkbaşına səyahətə çıxıb və  rayonun dağlıq-müşəlik ərazisində itkin düşüb. Onun axtarışları aylarla davam edib. Bu gün də odan heç bir xəbər yoxdur. 


















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO