Ən çox hansı ölkələrdən Azərbaycana miqrasiya edirlər? – RƏSMİ SİYAHI 

Ən çox hansı ölkələrdən Azərbaycana miqrasiya edirlər? – RƏSMİ SİYAHI 

Hazırda oxunan: Ən çox hansı ölkələrdən Azərbaycana miqrasiya edirlər? – RƏSMİ SİYAHI 

147724

“Azərbaycana il ərzində orta hesabla 100-dən artıq ölkədən əcnəbilər daxil olur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Son 15 ildə neçə şəxs Azərbaycan vətəndaşlığı alıb? - SAY


O, son illər üzrə miqrasiya göstəricilərini də açıqlayıb:

“Müxtəlif dövlətlərdən fərqli məqsədlər üçün Azərbaycana gəlirlər. 2022-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı bir milyon altı yüz min nəfər civarında olub. Yəni bu rəsmi statistikadır. Bu ölkələrin siyahısına baxsaq, ilk onluqda Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistan, Gürcüstan, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirliyi, Qazaxıstan və Ukrayna kimi dövlətlərin yer aldığını görərik”.

Müsahibimizin sözlərinə görə, xüsusən müharibə səbəbindən Rusiyadan miqrasiya edənlərin sayı digər ölkələrə nisbətdə üstünlük təşkil edir:

“Rusiyadan ötən il 446 min şəxs Azərbaycana miqrasiya edib. Türkiyədən 311 min, İrandan 170 min, Səudiyyə Ərəbistandan 96 min, Gürcüstandan 82 min, Hindistandan 60 min, Pakistandan 51 min, Qazaxıstandan 30 və Ukraynadan isə 27 mindən artıq insan miqrasiya edib. Təbii ki, bu ilin ilk 6 ayında daha yüksək göstəricilər qeydə alınır”.

A. Allahverənov  qeyd edib ki, karantin rejimi ilə əlaqədar sonrakı statistik göstəricilərdə kəskin artım olub:

“2022-ci ilin miqrasiya rəqəmlərində 2021-ci illə müqayisədə kəskin artım var. Ona görə ki, karantin rejimi və bir çox məhdudiyyətlərin qüvvədə qalması, xüsusilə də, 2020-ci ildən hava yollarının bağlanması miqrasiya prosesinə mənfi təsir göstərib. Nəticə etibarı ilə də həmin illərdə azalma qaçılmaz olub. Sonrakı illəri nəzər salsaq miqrasiya prosesindəki artımın intensivləşdiyini görürük. Rəqəmlərin yüksəlməsi yaxın gələcəkdə də müşahidə olunacaq”.

Yuxarıda qeyd edilən nüanslarla yanaşı müsahibimiz, quru sərhədlərin açılmasından sonra xaricdən ölkəmizə üz tutan miqrantların sayının çoxalması ehtimalından da söz açıb:

“Quru sərhədlər açıldıqdan sonra isə bizə qonşu olan ölkələrdən daha çox şəxsin gələcəyini təxmin edə bilirik. Məhdudiyyətlər saya əlbəttə ki, statistikaya təsir göstərir”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO