Bir müddət əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində naməlum şəxs idarə etdiyi mopedlə yolu keçən azyaşlı qızı vurub.
DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb.
Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı edilən tibbi müdaxilədən sonra xilas edilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bizim.Media