Gün ərzində Balakən Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə diqanozu ilə üç nəfər müraciət edib.
Bizim.Media-nın yerli bürosuna xəstəxananın toksikologiya şöbəsindən bildirilib ki, Hənifə kənd sakini, 18 yaşlı Məhluqə Moquşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.
MÖVZU İLƏ BAĞLI:
Balakəndə üç nəfər qidadan zəhərləndi
İlkin tibbi yardım göstəriləndən sonra o, müayinələrə cəlb edilib. Məlum olub ki, gənc qız balıqdan zəhərlənib.
Xəstəxanaya müraciət edən Xalatala kənd sakinləri, 13 yaşlı Elnurə Yekayeva və 12 yaşlı Bənövşə Nurtalayeva isə tort yedikdən sonra zəhərləniblər.
Onlara da tibbi yardım göstərilib, müayinə və müalicələr aparılıb. Vəziyyətləri sabitləşəndən, həyatı təhlükə sovuşandan sonra müalicələrini evdə davam etdirmək şərti ilə buraxılıblar.
Xəstəxanadan bildirilib ki, son günlər havaların kəskin isinməsi vaxtı keçmiş qida məhsullarından istifadə edənlərin sağlamlığında özünü daha tez göstərir.
Ötən günlər də belə halların müşahidə edildiyi, bu gün müraciət edənlərlə eynilik təşkil etdiyi diqqətə çatdırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu