Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.
Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.
Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub. Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.
Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:29 / 23.07.2023
Balakəndə üç nəfər qidadan zəhərləndi
Hazırda oxunan: Balakəndə üç nəfər qidadan zəhərləndi
Hazırda oxunan: Balakəndə üç nəfər qidadan zəhərləndi
147637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.