Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu - FOTO

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu - FOTO

Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu - FOTO

147631

Ötən gün Bakıda gecə saatlarında motosikleti nömrəsiz və dəbilqəsiz idarə edən avtoxuliqan saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, şəhərin mərkəzi küçə və prospektlərində davamlı olaraq avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü polisin qanuni “saxla” əmrinə tabe olmayıb.

Həmin sürücü aparılan tədbirlər nəticəsində Bakı Şəhər Dövlət Yol Polisinin moto tağımının əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Sürücü Yusif Akif oğlu Cəfərov barəsində toplanan materiallar və videogörüntülər Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.Cəfərov 10 sutka müddətinə həbs olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO