Qəbələdə etüd-sərgi keçirildi: Rəssamlara xatirə hədiyyələri verildi - FOTO

Qəbələdə etüd-sərgi keçirildi: Rəssamlara xatirə hədiyyələri verildi - FOTO

Hazırda oxunan: Qəbələdə etüd-sərgi keçirildi: Rəssamlara xatirə hədiyyələri verildi - FOTO

147569

"Qəbələ mənzərələri" adlı etüd-sərgi maraqla qarşılanıb. “Heydər Əliyev İli” çərçivəsində baş tutan bu tədbirin təşkilatçıları YAP Yasamal Rayon Təşkilatı, Yasamal və Qəbələ rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarıdır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakıdan gələn qonaqlar Qəbələ şəhərində qarşılandıqdan sonra rayonun tarixi məkanlarına, eləcə də turizm mərkəzlərinə baş çəkib, burada yaradılan infrasturukturla tanış olublar. 

Daha sonra qonaqlar Qəbələnin Nic qəsəbəsinə yollanıb. Burada Alban-Udi xristian icmasının üzvləri ilə görüş keçirilib.  

“Udi ocağı” etnoqrafik mərkəzdə təşkil edilən görüşdə icma üzvü Rafiq Danakari tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda tolerant bir mühitin mövcudluğundan bəhs edib.

Qeyd edilib ki, dünyada yaşayan udilərin də ana vətəni Azərbaycan sayılır və 44 günlük Vətən müharibəsində onlarla udi gənc könüllü olaraq döyüşlərə qatılıb.  

İcma üzvi qeyd edib ki, hazırda Nic qəsəbəsində iki kilsə fəaliyyət göstərir. Həmçinin onların övladlarının təlim-tərbiyəsi ilə bağlı iki məktəb var. Şagirdlər öz ana dillərinində yazıb-oxuyurlar.

Hazırda qəsəbədə Heydər Əliyev Fondu tərəfindən udilər üçün yeni məktəb binası inşa olunur və yəqin ki, qarşıdakı tədris ilinə istifadəyə veriləcək.  

Vətənpərvərlik mövzusunda təşkil edilən görüşün sonunda  “Qəbələ mənzərələri” etüd-sərgisinə qatılan və bu müddətdə gördüklərini rəsmlərə köçürən rəssamlar diplom və xatirə hədiyyələri ilə təltif olunub.  
Tədbir iştirakçıları Nic qəsəbəsi ilə tanış olandan sonra Qəbələ Arxeoloji mərkəzdə də olublar, qədim Albaniya dövlətinin tarixinə dair arxeoloji eksponatlara tamaşa ediblər.











 Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO