Bakıdakı ali məktəblər rayonlara köçürülür? - VİDEO

Bakıdakı ali məktəblər rayonlara köçürülür? - VİDEO

Hazırda oxunan: Bakıdakı ali məktəblər rayonlara köçürülür? - VİDEO

147563

Paytaxtda sıxılığın əsas səbəblərindən biri də mərkəzdə yerləşən ali təhsil müəssisələrinin çoxluğu göstərilir. Buna görə də universitetlərin Bakıdan kənar rayon və qəsəbələrə köçürülməsi tez-tez gündəmə gətirilir.

Hazırda ölkədə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət gəstirir. Onların 35-i paytaxtın payına düşür. Hətta elə ərazilər var ki, 4 - 5 universitet bir-birinin yaxınlığında yerləşir.

Bizim.Media xəbər verir ki, buna misal olaraq metronun "Elmlər Akademiyası" stansiyasını göstərmək olar.

Mövzuya millət vəkili Ceyhun Məmmədov münasibət bildirib.

Onun sözlərinə görə, bu sahədə yeni infrastrukturun yaradılmasına ehtiyac var. Məsələn, Gəncə, Sumqayıt, Şəki və digər iri şəhərlərdə yeni ali təhsil müəssisələri yaratmaq olar:

“Bu variant həmin bölgələrin inkişafına da təsir edə bilər”.

Millət vəkili hesab edir ki, yalnız kompleks tədbirlər görməklə paytaxtda yerləşən bəzi ali təhsil müəssisələrini Bakıdan kənara - rayonlara köçürmək olar.

O, əlavə edib ki, rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində infrastrukturu yaxşılaşdırmaqla həmin ali məktəblərə daha çox tələbə də cəlb etmək olar.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO