Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Mətbuat Günü münasibətilə media rəhbərləri ilə görüş keçirdi - FOTO 

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Mətbuat Günü münasibətilə media rəhbərləri ilə görüş keçirdi - FOTO 

Hazırda oxunan: Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Mətbuat Günü münasibətilə media rəhbərləri ilə görüş keçirdi - FOTO 

147547

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin bir sıra media qurumlarının rəhbərləri ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) Milli Mətbuat və Jurnalistika Gününün 148-ci ildönümü münasibəti ilə ölkəmizin media subyektlərinin nümayəndələri ilə QHGT-nin mənzil qərargahında bir araya gəliblər. 


Görüşdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri – “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Azxəbər” İnformasiya Agentliyinin baş redaktoru Hacıbəy Heydərli və “İnter Press” Media Qrupunun baş direktoru Toğrul Allahverdili, “Editor” İnformasiya Agentliyinin baş redaktoru Fərid Şahbazlı, “Azxəbər” İnformasiya Agentliyinin baş direktoru Əfsələddin Ağalarov, “Demokrat.Az” internet portalının baş redaktoru Vasif Həsənli və “Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov iştirak ediblər. 


Qonaqları salamladıqdan sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə mətbuat və jurnalistikanın günümüzdə əhəmiyyətli rolu, QHGT ilə media subyektləri arasında sıx əməkdaşlıqdan söhbət açıb və tərəfdaşlığın mövcud vəziyyətini qiymətləndirib. 
Ardınca, QHGT-nin beynəlxalq mediada görünürlüyünün artırılması istiqamətində işin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 

Həmçinin, tərəflər arasında strateji hədəflər üzrə fəaliyyətlər və sözügedən tərəfdaşlığın gözlənilən faydaları və potensial inkişaf sahələri də müzakirə olunub. 

Görüşün sonunda media təmsilçilərinə QHGT tərəfindən xatirə hədiyyələri təqdim olunub. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO