Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralı var - YENİLƏNİB/FOTO 

Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralı var - YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralı var - YENİLƏNİB/FOTO 

147542

Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb. 

Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli xəsarətlər alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. 

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

*** 22:37

Kəlbəcər rayonu ərazisində içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə barədə əlavə məlumat veriləcək. 

Araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO