Ordumuzun Xəzər dənizində keçirdiyi taktiki təlimlər başa ÇATDI – VİDEO  

Ordumuzun Xəzər dənizində keçirdiyi taktiki təlimlər başa ÇATDI – VİDEO  

Hazırda oxunan: Ordumuzun Xəzər dənizində keçirdiyi taktiki təlimlər başa ÇATDI – VİDEO  

147493

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən "Xəzri dalğası" taktiki təlimi başa çatıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimin yekun mərhələsində Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sularında təhdid zamanı şərti düşmən gəmisinin, eləcə də hava və sahil hədəflərinin məhv edilməsi üzrə döyüş atışları icra edilib. 

Təlimdə, həmçinin xilasetmə və əlverişli əməliyyat şəraitinin saxlanılması üzrə müxtəlif fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub. 

Ümumilikdə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınlarının cəlb olunduğu "Xəzri dalğası" taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib. 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO