Zaqatalada iki maşın TOQQUŞDU: Xəsarət alan var  

Zaqatalada iki maşın TOQQUŞDU: Xəsarət alan var  

Hazırda oxunan: Zaqatalada iki maşın TOQQUŞDU: Xəsarət alan var  

147482

Zaqatalada körpü üzərində qəza baş verib. Qarşıdan gələn avtomobilin yoluna çıxan sürücü qəza şəraiti yaratmaqla yanaşı, həm də xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhərində iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb. Yol nəqliyyat hadisəsi şəhər ərazisində, Tala çayı üzərində salınmış Asma körpünün girişində qeydə alınıb.

İlkin araşdırmalarla məlum olub ki, hərəkətdə olan "VAZ 2106" markalı avtomobillə "Opel" toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü, Yuxarı Tala kənd sakini, 28 yaşlı Əhməd Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım heyətinin köməyi ilə o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada sürücüyə ilkin yardım göstərilib, müayinələrdən keçirilib.

Hazırda vəziyyəti kafi qiymətləndirilir. Qəzanın səbəbləri rayon Polis şöbəsində araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO