Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək

Hazırda oxunan: Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək

147426

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev Vətən müharibəsi əlili Cavid Əliyevlə görüşündə bildirib. 

Ü.Mehdiyev qazini ABŞ-ın Minnesota Universitetinə magistratura səviyyəsinə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Diqqətə çatdırılıb ki, ona həmin universitet üzrə təhsil aldığı müddətə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1000 ABŞ dollarıdır. 

Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO