Dövlət Sərhəd Xidməti Bizim.Media-nı təltif etdi - FOTO 

Dövlət Sərhəd Xidməti Bizim.Media-nı təltif etdi - FOTO 

Hazırda oxunan: Dövlət Sərhəd Xidməti Bizim.Media-nı təltif etdi - FOTO 

147410

22 iyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Mərasimdə DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən, mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib.

Tədbirdə Bizim.Media-nın kollektivi də Fəxri fərmanla təltif edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO