Zaqatalada YANĞIN - Quru ot, tövlə və mal - qara yanıb

Zaqatalada YANĞIN - Quru ot, tövlə və mal - qara yanıb

Hazırda oxunan: Zaqatalada YANĞIN - Quru ot, tövlə və mal - qara yanıb

147396

Zaqatala rayonunun Lahıc kəndində yanğən hadisəsi baş verib.  

Bizim.Media- nın yerli bürosu xəbər verir ki, yanğın Lahıc kənd sakini Habil Bayramovun yaşadığı evin həyətyanı sahəsindəki tövlədə qeydə alınıb. 

Yanğının söndürülməsi üçün kəndə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində 120 kv/m tövlənin yanar konstruksiyaları tamamilə yanıb.  
Həmçinin tövlənin çardağına yığılan 12 ton quru ot bağlaması, eləcə də bir baş iribuynuzli heyvan tələf olub.  

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO