Uşağı olmayan cütlüklər ailə hesab edilmir? – SORĞU  

Uşağı olmayan cütlüklər ailə hesab edilmir? – SORĞU  

Hazırda oxunan: Uşağı olmayan cütlüklər ailə hesab edilmir? – SORĞU  

147303

Ailənin cəmiyyətin nüvəsi, ailə institutunun isə ən qədim və dayanıqlı  sosial institutlardan biri olması məlumdur. Tarix boyu və müxtəlif mədəniyyətlərdə mövcud ailə modelləri oxşar və fərqli cəhətlərə malik olub. Sosioloqlar universal ailə modelini qeyri-mümkün hesab edirlər.  

Lakin ailə nəinki sosial-siyasi əhəmiyyətə malik institut, həm də hər bir fərdin əsas sosiallaşma məkanı və bir növ “şəxsi məsələsi” olduğundan ailə institutunda baş verən hər bir dəyişiklik (boşanma göstəricilərinin artması, uşaq sayının azalması və s.) insanlar tərəfindən emosional qarşılanır, ictimai müzakirələrə səbəb olur. Çox zaman məhz ailə modellərindəki fərqlər üzərində “biz” və “onlar” arasında xəyali sərhədlər müəyyənləşdirilir. 

Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi sorğular zamanı respondentlərə insanların fərqli birgəyaşayış variantlarını təqdim edərək, onları ailə hesab edib-etmədiklərini soruşub.
 

MÖVZU İLƏ BAĞLI:

Nikaha daxil olan şəxslər psixoloji testdən keçirilə BİLƏR


Verilən modellər aşağıdakılar olub: uşaqlı, evli cütlük (kişi və qadın); evli cütlük (uşaq olmaya da bilər); uşaq və onun valideyni; uşaqlı, amma nikahı olmayan cütlük; birlikdə yaşayan və özünü ailə hesab edən istənilən cütlük. 

Verilən cavabların ümumi faiz göstəricilərinə görə, uşaqlı, evli cütlüyü respondentlərin 97,9%-i, evli olub, uşağı olmayanları isə ailə hesab edənlər 85,7%-dir. Uşaq və onun valideynini 84,2% ailə hesab etsə də, uşaqlı, amma nikahı olmayan cütlüyü respondentlərin cəmi 26%-i ailə hesab edir, 72,7%-i isə, əksinə, ailə hesab etmir. Birlikdə yaşayan və özünü ailə hesab edən cütlüyü ailə hesab edənlər daha az olmaqla, rəyi soruşulanların cəmi 20,5%-dir, 76,4% isə bu modelə “xeyr” cavabını veribdir. 

Gender bölgüsü qadın və kişilərin cavabları arasında cüzi də olsa, müəyyən fərqləri üzə çıxarıb. Belə ki, uşaqlı, amma nikahı olmayan cütlüyü kişi respondentlərin 28,4%-i, qadın respondentlərin isə 23,6%-i ailə hesab edir. Birlikdə yaşayan və özünü ailə hesab edən istənilən cütlüyü kişilərin 22,7%-i, qadınların 18,3%-i ailə kimi qəbul edir. 

Respondentlərin yaş bölgüsü yaşın artması ilə ailə modellərinə münasibətdə birmənalı dinamikanı üzə çıxarmır.

Belə ki, uşaqlı, nikahlı cütlüyü ailə kimi görənlər bütün yaş qruplarında 96% və ondan daha yüksəkdir. Lakin yaş qrupları arasında birlikdə yaşayan, özünü ailə hesab edən istənilən cütlüyü ailə kimi görənlər ən çox 18-25 yaşlılar arasında olsa da (34,8% bəli, 65,2%- xeyr cavabını verib), növbəti, yəni 26-35 yaşlıların müvafiq göstəricisi  kəskin aşağı olmaqla 12,2%  “bəli”, 86,7% “xeyr” cavabları arasında bölünmüşdür. Bu modelə 26-35 yaşlıların cavabları yaşı 65-dən yuxarı olanlarda da daha kəskin olub. Belə ki, ən üst yaş qrupunda  birlikdə yaşayan nikahsız cütlüyü ailə hesab edənlər 14,7%, etməyənlər isə 76,7%-dir. 

Oxşar nisbətləri uşaq və onun valideynini, habelə uşaqlı, amma nikahı olmayan cütlüyü  müxtəlif yaş qruplarının ailə hesab edib-etməməsində də görürük.

Uşaq və onun valideynini ailə hesab edənlərən çox 18-25 yaşlılar arasında (91,3%), ən az yaşı 65-dən yuxarı olanlar arasındadır (79,4%). 26-35 yaşlılar arasında “bəli” deyənlər 80,0% olmaqla yaşlı qrupun cavablarına daha yaxındır.

Uşaqlı, amma nikahı olmayan cütlüyü ailə hesab edənlər 18-25 yaşlılar arasında 34,8%, 26-35 yaşlılar arasında 23,3%, 65-dən yuxarı yaş qrupunda 23,5%-dir. Digər yaş aralığında (36-65) müvafiq orta göstərici 26,3%-dir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO