“Ağdamdakı xarabalıqları müşahidə edəndə insan məyus olur” - Hikmət Hacıyev

“Ağdamdakı xarabalıqları müşahidə edəndə insan məyus olur” - Hikmət Hacıyev

Hazırda oxunan: “Ağdamdakı xarabalıqları müşahidə edəndə insan məyus olur” - Hikmət Hacıyev

14730

Ağdamda qarışıq hisslər keçirirəm.

Bizim.Media xəbər verir ki, bunu "Caliber.az"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bir tərəfdən bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir.

 

MÖVZU İLƏ BAĞLI:

“Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” - Hikmət Hacıyev 


Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.

Ancaq biz əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və rayon yenidən gözəl görkəmini geri qaytaracaq", deyə o, qeyd edib.

 

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər.


Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO