Şuşada Qlobal Media Forumu KEÇİRİLƏCƏK 

Şuşada Qlobal Media Forumu KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Şuşada Qlobal Media Forumu KEÇİRİLƏCƏK 

147282

İyulun 22-də Şuşa şəhərində Qlobal Media Forumu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Forumun mövzusu “IV Sənaye İnqilabı dövründə Yeni Media” olacaq.

Tədbirə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, eləcədə də 250-dən çox qonaq qatılacaq.

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq. 
İyulun 23-ü axşama qədər davam edəcək forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO