Bakıda evdə YANĞIN

Bakıda evdə YANĞIN

Hazırda oxunan: Bakıda evdə YANĞIN

147239

Bakıda evdə yanğın olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan üçotaqlı mənzilin arakəsmə divarı 4 m² və ümumi sahəsi 25 m² olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO