Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Qərbi Azərbaycan İcmasında media nümayəndələri ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və Qadınlar Şurasının sədr müavini, Əməkdar jurnalist Telli Pənahqızı media nümayəndələrini Mətbuat Günü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Əziz Ələkbərli son altı ay ərzində media nümayəndələri ilə birlikdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda xeyli işin görüldüyünü bildirib.
Sonda mətbuat nümayəndələrinə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
Bizim.Media