Gəncə sakinindən ŞİKAYƏT: “Bütün qonşularda işıq var, bizim evdən başqa...” – FOTO 

Gəncə sakinindən ŞİKAYƏT: “Bütün qonşularda işıq var, bizim evdən başqa...” – FOTO 

Hazırda oxunan: Gəncə sakinindən ŞİKAYƏT: “Bütün qonşularda işıq var, bizim evdən başqa...” – FOTO 

147172

Gəncə vətəndaşı “Azərişıq” ASC-dən şikayətçidir. Söhbət Tağı Arani (Azərbaycan bayrağı) küçəsində yaşayan Aybəniz Əkbər qızı Aslanovadan gedir. 

Bizim.Media-ya müraciət edən şikayətçi yaşadığı evə işıq çəkilməməsindən gileylənib. 

Onun sözlərinə görə, 3 il əvvəl sözügedən ünvanda fərdi ev tikib. 1 il əvvəl isə həmin evə köçüb.

Amma 1 ildən çoxdur yaşadığı evə işıq çəkilmir. Üz tutmadığı, rəsmi müraciət etmədiyi qurum qalmayıb. Probleminə nəinki baxılmır, üstəlik qərəzli mövqe sərgilənir.

Səbəb isə odur ki, Aybəniz Aslanovanın qardaşı bundan əvvəl başqa bir sosial problemin həllindən ötrü mediaya müraciət edərək həllinə nail olub.

Aybəniz Aslanovanın sözlərinə görə işıqla təchiz olunması üçün onun da ümidi mətbuata qalıb:

“İşıqsız çox çətindir. Qonşudan bir neçə saatlıq götürüb idarə edirəm. Amma qonşu da əsəbləşəndə ayırır və işıqsız qalıram. 1 ildir müraciət etmədiyim yer qalmayıb. Suyumuz var, qaz də yeni-yeni çəkilir. İşıq məsələsinə gəlincə, bu problem sanki dalana dirənib. Başımı itirmişəm, nə edəcəyimi belə bilmirəm. Qonşuların və əhatəmdəkilərin evləri elektrik enerjisi ilə təmin olunub. Məndən sonra ev tikənlərə belə işıq çəkilib. 

1 il əvvəl ASAN Xidmətə müraciət etmişdim. Gəlib baxış keçirdilər və texniki şərtlərin yerinə yetirilməsini tapşırdılar. Texniki şərtləri yerinə yetirdik və Gəncə İşıq İdarəsinə müraciət etdik. İdarə rəhbəri Anar müəllim işıq çəkilməsi ilə bağlı akt verdi. ASAN xidmətdən isə Vasif müəllim evimə işıq çəkilməsinə razılıq vermir. Deyir, “nə qədər mən sağam qoymaram sizin evə işıq çəkilə...” 
İmtinanın səbəbi isə odur ki, guya mən 0,4 kilovatlıq şəbəkədən 500 metr aralıyam. Əgər mən aralıyamsa, sonrakı, yandakı evlərə işıq niyə verilir? Özüm də bu məsələdən baş aça bimirəm. Hara gedim, bilmirəm. Axı mən də bu ölkənin vətəndaşıyam. Qanunla 10 min kilovatlıq şəbəkədən yaxın evlərə məsafə 50 metr olmalıdır.

Nəyə görə məndən sonra ASAN xidmət ora sayğac quraşdırdı?”

Şikayətlə bağlı “Azərişıq” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.






Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO