Qatarla toqquşan “Prius”dan sərnişinlər belə ÇIXARILDI - VİDEO

Qatarla toqquşan “Prius”dan sərnişinlər belə ÇIXARILDI - VİDEO

Hazırda oxunan: Qatarla toqquşan “Prius”dan sərnişinlər belə ÇIXARILDI - VİDEO

147157

FHN bu gün Xəzər rayonunda baş vermiş ağır qəza barədə məlumat yayıb. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qatar “Prius”la TOQQUŞDU: Yaralananlar var


Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius”  markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO