Bakıda qatar “Prius”la TOQQUŞDU: Yaralananlar var

Bakıda qatar “Prius”la TOQQUŞDU: Yaralananlar var

Hazırda oxunan: Bakıda qatar “Prius”la TOQQUŞDU: Yaralananlar var

147151

20 iyul 2023-cü il saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib. 

"Azərbaycan Dəmir Yolları" ASC-dən Bizim.Media-ya verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. 

Nəticədə, minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO