Tanınmış aparıcı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv SEÇİLDİ - FOTO

Tanınmış aparıcı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv SEÇİLDİ - FOTO

Hazırda oxunan: Tanınmış aparıcı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv SEÇİLDİ - FOTO

147132

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya keçirilən seçkilərdə tanınmış jurnalist Günel Gözəlova qalib olub. 

Bizim.Media xəbər verir ki, o, sosial media hesabında etdiyi paylaşımda 114 səslə lider qalib olduğunu açıqlayıb.

G.Gözəlova paylaşımında qeyd edib: 

“Seçkiyə qatılan, səs verən bütün həmkarlar, dostlar var olun! Digər qaliblərə fəaliyyətlərində uğur arzu edirəm! 

Vurğulayım ki, səhər saat 10.00-da başlayan seçkidə təkcə namizəd yox, məhz 24 ildir fəal fəaliyyət göstərən jurnalist kimi, həm də sonacan müşahidəçi oldum. Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsində keçirilən seçki tam şəffaf, ədalətli şəraitdə keçdi. Xidmətin Rəisi Vüsal Hüseynov başda olmaqla, bütün əməkdaşlara qanunamüvafiq fəaliyyətlərinə görə təşəkkür edirəm!”




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO