Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb

Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb

Hazırda oxunan: Balakəndə 62 yaşlı kişi işıq dirəyindən yıxılaraq ölüb

147109

Balakəndə bədbəxt hadisə baş verib. Təmir-bərpa işləri aparan zaman ehtiyatsızlıq edən rayon sakini işıq dirəyindən yıxılaraq ölüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün əvvəl rayonda təbii fəlakət baş verərkən elektrik xətlərinə də ciddi zərər vurmuşdu.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına cəlb edilən Balakən işıq idarəsinin əməkdaşı 62 yaşıl Ömər Ustayev təmir-bərpa işləri aparan zaman ehtiyatsızlıq edərək işıq dirəyindən yıxılıb. 

Çoxsaylı sınıq xəsarətləri alan Ömər Ustayev dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Lakin həkimlərin səyinə baxmayaraq bu gün səhər xəstəxanada keçinib. 

Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO