Qəbələdə dini icmalar bir araya gəlib - FOTO 

Qəbələdə dini icmalar bir araya gəlib - FOTO 

Hazırda oxunan: Qəbələdə dini icmalar bir araya gəlib - FOTO 

147059

Azərbaycan dünyaya bir tolerantlıq nümunəsidirsə, Qəbələnin Nic qəsəbəsi multikultural dəyərlərin mərkəzidir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün “Rus evi” dini icmasının bir qrup üzvü Qəbələdə Azərbaycan Alban-Udi xristian icmasının qonağı olub.  

Müqəddəs Elisey kilsəsinin həyətində keçirilən görüşdə din xadimləri müxtəlif təqdimatlarla çıxış edib. Xüsusən Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanması, hər bir xalqın dil, din və folklorunun inkişafı üçün istənilən şəraitin mövcud olduğu diqqətə çatdırılıb.  

Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili diqqətə çatdırıb ki, bu gün dünyanın müxtəlif ölkələrində 10 minə yaxın udin yaşayır.

Qəbələnin Nic qəsəbəsi isə onların kompakt yaşadığı ata yurdudur. Qəsəbədə iki kilsənin fəaliyyət göstərdiyini deyən icma rəhbəri eyni ilə məktəblərinin də olduğunu və hazırda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb inşa edildiyini vurğulayıb.  

44 günlük Vətən Mühüribəsi günlərində Nicli gənclərin könüllü olaraq döyüşlərə qatıldığını xatırladan Robert Mobili elə həmin günlərdə düşmənə göz dağı olaraq Müqəddəs Məryəm ana kilsəsinin əsaslı təmirdən sonra istifadəyə verildiyini və beləcə, Azərbaycanın bütün dünyaya qüdrətini, tolerant dövlət olduğunu nümayiş etdirdiyini qeyd edib.  
Dini icmalar gələcəkdə də belə görüşlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını labüd hesab edib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO